Mahsun xəstəxanalıq oldu

Türkiyənin məşhur müğənnisi Mahsun Kırmızıgül xəstəxanaya yerləşdirilib.
Liderxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, son vaxtlar ardıcıl olaraq aldığı ölüm xəbərləri onun səhhətinə mənfi təsir edib.
Belə ki, ötən ilin dekabrında 99 yaşlı anası Faike Arıkı itirən sənətçi çətin günlər yaşayır. Hazırda yalnız səhnədə olan, aktyorluğa və rejissorluğa ara verən Mahsun qısa müddət öncə ögey anası Zühre Bazencirinin vəfatı ilə daha da sarsılıb.
Daha sonra isə o, iki dostunu da itirib və bir-birinin ardınca gələn bəd xəbərlər müğənninin səhhətinə təsirsiz ötüşməyib.
Yüksək ürək döyüntüsü olan sənətçi təcili olaraq xəstəxanaya çatdırılıb. Müayinələrdən sonra Kırmızıgülün səhhətində ciddi problem olmadığı müəyyənləşib.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO