Pressa.az » Media » Türkiyəli məşhur müğənni İlhan Şeşen vəfat edib

Türkiyəli məşhur müğənni İlhan Şeşen vəfat edib

26 may 2025, Bazar ertəsi, 15:38
Türkiyəli məşhur müğənni İlhan Şeşen vəfat edib

Türkiyənin tanınmış sənətçisi İlhan Şeşen dünyasını dəyişib.

Liderxeber.az-ın verdiyi məlumata görə, bir müddətdir ağciyər xərçəngi ilə mübarizə aparan 76 yaşlı sənətkarın vəfatı barədə ailəsi sosial şəbəkələrdə xəbər verib.

"Sarılınca Sana", "Ellerimde Çiçekler", "Neler Oluyor Bize" kimi məşhur mahnılarla yadda qalan Şeşen 2023-cü ildə ağciyər xərçənginə tutulmuşdu. O, bir müddət əvvəl səhnədə musiqi fəaliyyətinin 55 illiyini qeyd etmişdi.