Tolik şikayət etdi, tiktoker 10 sutkalıq həbs olundu
Aparıcı Tarix Əliyevi (Tolik) təhqir edən tiktoker Zaur Qasımov inzibati qaydada həbs edilib.
Liderxeber.az-ın məlumatına görə, Nərimanov Rayon Məhkəməsi aparıcının şikayəti əsasında belə qərar çıxarıb.
Protokolda yazılıb ki, Zaur Qasımov “TikTok”da canlı yayım zamanı Toliki təhqir edib. Daha sonra hirsi soyumayan şəxs aparıcıya zəng edərək şəxsinə qarşı nalayiq sözlər işlədib.
Tarix Əliyev bu barədə polisə rəsmi qaydada müraciət edib. Şikayətçi olduğu şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Hakim Xalidə Əlisoyun qərarı ilə Zaur Qasımov xırda xuliqanlıqda təqsirli bilinərək inzibati qaydada 10 sutka müddətinə həbs edilib.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
30 yanvar 2024, Çərşənbə axşamı
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI
