Pressa.az » Media » Müğənni Dəniz Əsədova azadlığa buraxıldı - Video - Foto

Müğənni Dəniz Əsədova azadlığa buraxıldı - Video - Foto

22 dekabr 2025, Bazar ertəsi, 11:49
Müğənni Dəniz Əsədova azadlığa buraxıldı - Video - Foto

Amnistiya aktı müğənni Dəniz Əsədovaya da şamil edilib.

Liderxeber.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsinin hökmü ilə həbs edilmiş müğənni bu gün cəza çəkdiyi 4 saylı müəssisədən sərbəst buraxılıb.

Onun 22 gün həbs müddəti qalıbmış.

Müğənni “Qafqazinfo”ya açıqlamasında dövlət başçısına təşəkkür edib: “Cənab Prezidentimizə dərin təşəkkürümü bildirirəm ki, bu humanist addımı atıb bizi ailəmizə qovuşdurdu. Prezident cəzamın çəkilməmiş hissəsini - 22 günü bağışladı, övladlarıma qovuşdum”.

Qeyd edək ki, D.Əsədova vəkil Asim Abbasovun xüsusi ittiham qaydasında şikayəti əsasında 7 ay azadlıqdan məhrum edilmişdi.

Xatırladaq ki, D.Əsədova bundan əvvəl də eyni ittihamla müxtəlif şəxslər-müğənni Cabbar Musayev və digərləri tərəfindən məhkəməyə verilmişdi. Bundan başqa, müğənninin şikayəti əsasında 2023-cü ildə Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Rauf İsfəndiyarov həbs edilib. Həkim ifaçıya qarşı 627 min manatlıq dələduzluqda ittiham olunub, daha sonra ev dustaqlığına buraxılıb.

Sail Ağasəlim