8 saatlıq reklam çəkilişindən 15 milyon qazandı
Türkiyəli aktrisa Sıla Türkoğlu yeni siması olduğu diş məcunu brendi üçün təxminən 8 saatlıq reklam çəkilişindən 15 milyon TL (təxminən 582 min manat) qazanıb.
Liderxeber.az xəbər verir ki, “Kızılcık Şərbəti” serialı ilə tanınan S.Türkoğlu indi rol aldığı reklam çarxı ilə gündəmə gəlib.
Diş məcunu markası ilə müqavilə bağlayan aktrisa qısa çəkiliş üçün bu yüksək məbləği əldə edib.
Sıla Türkoğlunun yüksək qonorar aldığı reklam çəkilişi sosial şəbəkələrdə ən çox danışılan mövzulardan biri olub.

