Orhan Gencebay xəstəxanaya yerləşdirildi
Türk musiqisinin tanınmış simalarından biri olan Orhan Gencebay pərəstişkarlarını narahat edən xəbərlə gündəmə gəlib.
Liderxeber.az xəbər verir ki, 81 yaşlı müğənni yüksək qızdırma səbəbindən xəstəxanaya yerləşdirilib.
Məlumata görə, Gencebay “Medicana Zincirlikuyu” xəstəxanasına aparılıb. Həkimlər onu COVID-19 şübhəsi ilə müşahidə altına alıblar.
Bildirilir ki, sənətçinin sağlamlıq vəziyyəti həkimlər tərəfindən yaxından izlənilir və müalicəsi hazırda xəstəxanada davam etdirilir.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
06 noyabr 2024, Çərşənbə
İlham Əliyev Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak edib

