Kommunal xidmətlərə görə 2 milyondan çox borcu yaranıb
SSRİ Xalq artisti Alla Puqaçovanın Rusiyadakı hesablarında 120 milyon rubl (təxminən 2 milyon 687 min AZN) vəsait toplanıb.
Liderxeber.az verir ki, bu iddia ilə SHOT teleqram kanalı çıxış edib.
Məlumata görə, 77 yaşlı sənətçi öz əmanətlərini faizli yığım hesablarında saxlayır.
İddialara görə, 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin başlamasından indiyədək bu hesablara 119 milyon rubl (təxminən 2 milyon 665 min AZN) vəsait daxil olub. Bu məbləğin təxminən 11,5 milyon rublunun (təxminən 257 min AZN) faizlər hesabına əldə edildiyi bildirilir. Bundan başqa, o, Rusiyada müəllif hüquqlarına görə qazanc əldə etməyə davam edir. Müğənni həmçinin pensiya və SSRİ Xalq artisti fəxri adına görə əlavə ödənişlər alır.
Bununla belə, kanalın iddiasına görə, əmanətlərdən böyük gəlirlər əldə etməsinə baxmayaraq, Puqaçova Kreml yaxınlığında yerləşən mənzilinin kommunal ödənişlərini etmir. Onun bu daşınmaz əmlakın mənzil-kommunal xidmətləri və əsaslı təmir ödənişləri üzrə təxminən 100 milyon rubl (təxminən 2 milyon 240 min AZN) borcunun olduğu iddia edilir.
Qeyd edək ki, Puqaçova 2022-ci ildə İsrail vətəndaşlığı alıb, daha sonra Ukraynadakı hərbi əməliyyatlara qarşı çıxış edib. Həmin il həyat yoldaşı Maksim Qalkin və uşaqları Harri və Liza ilə birlikdə Rusiyanı tərk edərək İsraildə məskunlaşıb. Hazırda ailə Kiprdə yaşayır.
