Jurnalist Səbuhi Vaqifoğlu "İttifaqın Dostu" diplomu ilə təltif edilib
Azərbaycan Milli Mətbuatının 151 illiyi münasibətilə Füzuli Dövlət Dram Teatrının menecer–mətbuat katibi, jurnalist Səbuhi Vaqifoğlu teatr sənətinin təbliği və media sahəsindəki uğurlu fəaliyyətinə görə Azərbaycan Teatr Xadimləri İttifaqının "İttifaqın Dostu" diplomu ilə təltif edilib.
Qeyd edək ki, bu təltif teatr sənətinin ictimaiyyət arasında tanıdılması, mədəniyyət sahəsində həyata keçirilən layihələrin və teatr həyatının media vasitəsilə işıqlandırılmasına verilən töhfənin qiymətləndirilməsi məqsədi daşıyır.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
10 aprel 2023, Bazar ertəsi
Prezident İlham Əliyev Azər Paşa Nemətovun ölümü ilə bağlı nekroloq imzalayıb

