Yolüstü içilən qəhvələrin ziyanları - Həkimdən AÇIQLAMA
Rusiyalı diyetoloq İrina Mansurova yolüstü alınıb içilən qəhvələrin insana ziyanından danışıb.
LiderXəbər xəbər verir ki, həkimin sözlərinə görə, əsas təhlükə qəhvənin özündə deyil, töküldüyü qabdadır. Bu stəkan hazırlanarkən polipropilen, polietilen və polietilen tereftalatdan istifadə edilə bilər.
Nəzərə almaq lazımdır ki, onlar orqanizmə daxil olanda daxili orqanlarda toplanır. Bu, maddələr mübadiləsinin yavaşlaması, həmçinin müəyyən xəstəliklərin inkişafı, o cümlədən endokrin sistemin pozulmasına səbəb olur.
Diyetoloq öz fincanlarınızdan qəhvə içməyi və ya təhlükəsiz materiallardan hazırlanmış birdəfəlik stəkanlardan istifadə etməyi məsləhət görür. Öz qabınızdan istifadə etmək mümkün deyilsə, paketli qəhvə içməkdən tamamilə imtina etmək daha yaxşıdır.