Lalə Məmmədovanın telekanallara təklifi var
"İfalarımdan zövq almıram. Çünki hər zaman tənqidi yanaşıram".
LiderXəbər xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova həmkarı Rəşad İlyasovun "Mədəniyyət TV"də yayımlayan "Danışır musiqi" proqramında deyib.
İfalarından danışan müğənni telekanallara səslənib. L.Məmmədova bildirib ki, musiqi ilə bağlı proqramlar musiqiçilərə həvalə edilməlidir:
"Efirdə musiqidən xəbərdar aparıcılar olmalıdır. Musiqi verilişini onlar idarə etməlidir".
Son günlər görünüşündə tamamilə dəyişiklik edən ifaçı bununla bağlı suala "İmicmeyker sənətçinin xarakterini, musiqilərini bilməlidir ki, yaratdığızı obrazla üst-üstə düşsün. Elnur (stilist Elnur Həsənov - red.) bunların hamısını bilir" cavabını verib.
Oxşar Xəbərlər:
07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM
13 iyun 2023, Çərşənbə axşamı
Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası başlayıb
17 aprel 2023, Bazar ertəsi
Milli Məclisin aprelin 11-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb