Pressa.az » Media » İllərdir küsülü idilər, barışdılar - Foto

İllərdir küsülü idilər, barışdılar - Foto

07 mart 2024, Cümə axşamı, 16:47
İllərdir küsülü idilər, barışdılar - Foto

Uzun müddətdir küsülü olan müğənnilər Eldəniz Məmmədovla Gülay Zeynallı barışıb. 

LiderXəbər xəbər verir ki, ifaçılar məclislərdən birində qarşılaşıblar. Eldəniz Gülayla birlikdə foto çəkdirərək, sosial şəbəkə hesabında yayımlayıb. 

İfaçı şəklə "İllərin dostu" şərhini yazaraq həmkarı ilə barışdıqlarını göstərib. 

Qeyd edək ki, Gülay açıqlamasında "Rayona toya getmişdik. Ordan bacımgilə getdik. Səsdən başım ağrıyırdı və getdim yatdım. Eldəniz də küsdü ki, qonağı evdə qoyub yatıb" sözlərini demişdi. 

Eldəniz isə "Gülay xanım qəlbimə dəyib, inciklik ondan yaranıb. Bunu da mən ona bildirmişəm, o, mənə yox. Sən məndən küsə bilməzsən, buna sənin cürətin çatmaz" sözlərini deyib.