Pressa.az » Media » Mahsun Mübariz Mənsimovun atasının məzarı başında

Mahsun Mübariz Mənsimovun atasının məzarı başında

20 may 2024, Bazar ertəsi, 16:19
Mahsun Mübariz Mənsimovun atasının məzarı başında

Bir neçə gündür Bakının qonağı olan türkiyəli müğənni Mahsun Kırmızıgül iş adamı Mübariz Mənsimovun atası Qurban Mənsimovun məzarını ziyarət edib. 

LiderXəbər.az xəbər verir ki, ifaçının məzar başından fotolarını M.Mənsimov sosial şəbəkədə paylaşıb. 

"Atamın məzarını indiyədək ziyarət edə bilməsəm də, dostum Mahsun bunu mənim əvəzimə etdi. Çox sağ ol, əziz dost" deyə, iş adamı paylaşımında yazıb.

Qeyd edək ki, Qurban Mənsimov ötən ilin iyununda uzun sürən xəstəlikdən vəfat edib. Mərhum Keşlə qəbiristanlığında torpağa tapşırılıb.