Pressa.az » Media » Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

25 may 2024, Şənbə, 09:45
Xalq artisti vəfat etdi

Azərbaycanın teatr ictimaiyyətinə ağır itki üz verib.

Mədəniyyət Nazirliyindən Liderxeber.az-a bildirilib ki, uzun illər Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında fəaliyyət göstərmiş tanınmış aktyor, Xalq artisti, Prezident təqaüdçüsü Tofiq Mövləvi mayın 24-də, ömrünün 86-cı ilində vəfat edib. 

Tofiq Mövləvi 1 iyul 1938-ci ildə Naxçıvan şəhərində teatr aktyoru və rejissoru Səməd Mövləvinin ailəsində dünyaya göz açıb. 2014-cü ilədək – 60 il burada çalışıb, Azərbaycan və dünya dramaturqlarının əsərləri əsasında hazırlanan tamaşalardan 100-dən çox müxtəlif xarakterli obraza həyat verib.