“16 ümumölkə radio kanalının əlçatanlığı təmin olunacaq”
“Ölkə üzrə 16 ümumölkə radio kanalının əlçatanlığı təmin olunacaq”.
Liderxeber.az xəbər verir ki, bunu Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov “Audiovizual media: Normalar, reallıqlar və çağırışlar” mövzusunda onlayn media subyektləri ilə keçirilən dəyirmi masada çıxışı zamanı deyib.
O bildirib ki, proses ilin sonunadək baş tutacaq: “Hazırda bununla bağlı iş gedir. Rəqəmsal İnkişaf Nəqliyyat Nazirliyi ilə birgə bu proses davam edir. 16 martdan etibarən Bakı şəhəri və Abşeron yarımadası ərazisində ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının HD yayımı test rejimində DVB-T2 standartına keçirilib”.
Onun sözlərinə görə, ilin sonunadək nəticələrin olması gözlənilir. 2025-ci ilin sonunadək ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının DVB-T2 yə keçməsi nəzərdə tutulur.