Pressa.az » Media » Dünyada xəbər izləyənlərin sayı azalır

Dünyada xəbər izləyənlərin sayı azalır

22 iyun 2024, Şənbə, 14:57
Dünyada xəbər izləyənlərin sayı azalır

Dünya ölkələrində xəbər izləyənlərin sayı azalır.

Bu barədə Oksford universitetinin Röyters institutunun 2024-cü il rəqəmsal xəbər məruzəsində qeyd olunub.

Bildirilib ki, dünyada xəbərləri oxuyan, dinləyən və izləyənlərin sayı azalır. Buna əsas səbəb kimi isə xəbərlərin depressiv və sıxıcı olması göstərilir.

Məlumata görə, bu gün dünyada hər 10 nəfərdən 4-ü xəbərlərdən uzaqdır. Bu, 39 faiz deməkdir. Halbuki bu göstərici 2017-ci ildə 29 faiz idi. Qeyd olunub ki, Ukrayna və Yaxın Şərqdəki müharibə insanların xəbərlərdən uzaq qalmasına təsir edir.

Həmçinin bildirilib ki, ənənəvi media orqanlarının auditoriyası da sürətlə azalır. Xüsusilə gənclər informasiyanı internet və ya sosial mediadan almağa üstünlük verirlər. “YouTube” ve “WhatsApp” bir çoxu üçün əsas informasiya mənbəyidir.

“TikTok” platforması bir çox ölkələrdə “X”- i geridə qoyub.