Pressa.az » Media » Media Reyestrinə daxil edilən media subyektlərinin və jurnalistlərin sayı açıqlanıb

Media Reyestrinə daxil edilən media subyektlərinin və jurnalistlərin sayı açıqlanıb

12 yanvar 2023, Cümə axşamı, 12:52
Media Reyestrinə daxil edilən media subyektlərinin və jurnalistlərin sayı açıqlanıb

Azərbaycanda Media Reyestrinə daxil olmaq üçün 200-ə yaxın media subyekti müraciət edib.

LiderXəbər-in xəbərinə görə, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov 2022-ci il üzrə görülmüş işlərə dair hesabat konfransında deyib.

Onun sözlərinə görə, müraciət edən media subyektlərindən 160-a yaxını Media Reyestrinə daxil edilib. Hazırda da bu proses davam edir.

Ə.İsmayılov bildirib ki, 180-a yaxın jurnalist isə Media Reyestrinə daxil edilib:

“Reyestrə daxil edilmək üçün jurnalistlərin müraciəti isə könüllüdür”.