Kamal Hacıyevə vəzifə verildi
Azərbaycan Respublikası Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Mətbuat xidmətinə yeni rəhbər təyin edilib.
Liderxeber.az xəbər verir ki, bu vəzifə Hacıyev Kamal Məzahir oğluna həvalə edilib.
Kamal Hacıyev bu təyinata qədər TƏBİB-in tabeliyində olan akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının mətbuat xidmətinin rəhbəri olub.
Qeyd edək ki, K.Hacıyev daha əvvəllər bir sıra dövlət və özəl strukturlarda, həmçinin 14 il müddətində keçmiş Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) mətbuat xidmətində çalışıb.
Oxşar Xəbərlər:
13 iyun 2024, Cümə axşamı
AREA: 1 000 MVt gücündə stansiyaların təməlinin qoyulması Azərbaycanın "yaşıl enerji" sahəsində bir ilkdir
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
04 iyun 2024, Çərşənbə axşamı
Prezident İlham Əliyev 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin açılışında çıxış edib