Müğənni Kərimin Bakıda toyda döyülmə səbəbi bilindi
"Müğənni Kərim toyda döyülməsi ilə bağlı təhqiqat araşdırması başlanılıb".
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı açıqlamasında bildirib.
"Sentyabrın 10-da axşam saatlarında paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş vermiş insidentlə bağlı qarşılıqlı şikayətlər əsasında ərazi polis orqanında təhqiqat araşdırması başlanılıb. Tərəflərin ərizə və izahatları alınıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Araşdırma davam etdirilir", - deyə açıqlamada qeyd olunub.
Liderxeber.az-ın əldə etdiyi məlumata görə, müğənni Kərim Abbasovun fonaqram ifa etməsi məclis sahibinin narazılığına səbəb olub və bundan sonra tərəflər arasında mübahisə baş verib.