Pressa.az » Media » Media nümayəndələri "Hazel" mağazasında - FOTO

Media nümayəndələri "Hazel" mağazasında - FOTO

14 sentyabr 2024, Şənbə, 22:56
Media nümayəndələri "Hazel" mağazasında - FOTO

AİKTSA-nın təşkilatçılığı ilə media nümayəndələri Bakıda yeni açılan "Hazel" mağazasında ADNSU-nun dosenti, biznes konsultant Sakit Səmədovla görüşüb. 

Liderxeber.az xəbər verir ki, S.Səmədov fərdi təcrübəsində buraxdığı səhvləri sadalayıb, media nümayəndələrinə vaxtı düzgün dəyərləndirməyi tövsiyə edib. O, gənclikdə dil bacarıqlarının təkmilləşdirilməsi kimi yarıda buraxılan başlanğıcların mütləq zamanında tamamlanması, peşəkar inkişafa dəstək, inkişafa gedən yolda üzləşilən çətinliklərin ruhdan düşmədən dəf olunması və s. bu kimi məsələlərə də toxunub.

Daha sonra mağazanın fəaliyyəti ilə bağlı məlumat verilib. Qeyd olunub ki, "Hazel" 1964-cü ildə qurulmuş Balakən konserv zavodunun nəzdində olan "Balakan food"un təməlində təsis olunmuş bir markadır. Yüksək keyfiyyətli, əvəzolunmaz dada malik olan Belçika şokoladlarından istifadə edərək, çox çeşidli, hər zövqə uyğun şokolad məmulatları müştərilərə təqdim edilir.