Serdar Ortaç və Mehmet Ali Erbilin məhkəməyə aparılmasının görüntüləri yayıldı
Türkiyədə məşhur müğənni Serdar Ortaç və tanınmış aparıcı Mehmet Ali Erbil də daxil olmaqla 16 şübhəlinin məhkəməyə aparılmasının görüntüləri yayılıb.
Liderxeber.az-ın "İhlas Haber Ajansı"na istinadla verdiyi məlumata görə, onlar qanunsuz mərc oyunlarına təşviq iddiası ilə bağlı prokurorluğa ifadə verəcəklər.
Türkiyənin ədliyyə naziri Yılmaz Tunç da ölkədə səs-küyə səbəb olan bu hadisə ilə bağlı açıqlama verib:
"Məhkəmənin başlatdığı istintaq və bunun nəticəsində həyata keçirilən həbslər var. İstintaqa uyğun şəxslər özlərini müdafiə edəcəklər. Əgər ortada bir cinayət varsa, əlbəttə ki, buna uyğun tədbir görüləcək", - deyə o bildirib.