“Gossip Girl” serialının aktrisası vəfat etdi

Məşhur “Gossip Girl” serialının aktrisası Mişel Traxtenberq 39 yaşında vəfat edib.
Liderxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu yaxınlarda qaraciyər transplantasiyası əməliyyatı keçiribmiş.
Məşhur aktrisa səhər saat 8 radələrində Nyu-Yorkdakı mənzilində ölü tapılıb.
Onun ölümünün təbii səbəblərdən olduğu düşünülsə də, dəqiq səbəb məhkəmə-tibbi ekspertizası tərəfindən müəyyən ediləcək.
Qeyd edək ki, aktrisa “Gossip Girl” serialındakı “Georgina Sparks” rolu ilə şöhrət qazanmışdı.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

26 avqust 2024, Bazar ertəsi
Məhkəmə Ekspertizası Şurasının ilk iclası keçirilib, katib təyin olunub