Pressa.az » Ölkə » “Məşədi Dadaş”ın yeni imamı kimdir? - Yenilənib

“Məşədi Dadaş”ın yeni imamı kimdir? - Yenilənib

02 may 2023, Çərşənbə axşamı, 17:41
“Məşədi Dadaş”ın yeni imamı kimdir? - Yenilənib

Xəbər verdiyimiz kimi, bu gün Əli Şərbətov Məşədi Dadaş məscidinə imam təyin edilib.

LiderXəbər xəbər verir ki, Əli Şərbətov Cəlilabadda anadan olub. 46 yaşlı yeni imam keçmiş Bakı İslam Universitetində ali təhsil alıb.  

Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə Liviyaya oxumağa göndərilən Şərbətov 2000-2019-cu illərdə İslam Universitetində müəllim işləyib.

Saray Cümə məscidi və Ceyranbatan məscidində imam olaraq çalışan Əli Şərbətov bu gün Məşədi Dadaş məscidinə imam vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Məşədi Dadaş məscidinin imamı Hacı Şahin Həsənli bu il martın 2-də ürəktutmadan vəfat edib. O, 2002-ci ildən sözügedən məsciddə imam kimi fəaliyyət göstərirdi.

***

Əli Şərbətov təyinatı ilə bağlı “Qafqazinfo”ya açıqlama verib. İmam bildirib ki, Hacı Şahinlə münasibəti çox yaxşı olub: "Onun itkisi hələ də bizə ağır təsir edir, böyük itkidir. Doğrusu, onun xatirəsinə görə bir az tərəddüd edirdim, amma məsləhət oldu, gəldim... Ona hörmətimiz sonsuzdur”.

O əlavə edib ki, köhnə icma ilə tanış olacaq: “Ola bilsin ki, çoxları gəlməyəcək, başqa işləri var. Yeni icma qurmaq məsləhət olacaqsa, o da qurular. İş prosesində müəyyən olunacaq, mən indi heç nə deyə bilmirəm”. 

Əli Şərbətov qeyd edib ki, imam olaraq artıq bu cümə vəzifəsini icra edəcək.