Pressa.az » Ölkə » Bakıda məşhur restoranda baş verən yanğın söndürülüb

Bakıda məşhur restoranda baş verən yanğın söndürülüb

14 mart 2025, Cümə, 10:37
Bakıda məşhur restoranda baş verən yanğın söndürülüb

"Boranı" restoranında baş verən yanğın söndürülüb

Bu barədə Liderxeber.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bacaya hopmuş yağ təbəqəsi yanğına səbəb olub:

"Baş verən yanğın FHN əməkdaşları tərəfindən tez bir zamanda söndürülüb".

Anar Həsənov

10:13

Bakıda "Boranı" restoranında yanğın başlayıb.

Liderxeber.az xəbər verir ki, hadisə restoranlar şəbəkəsinin "Əhmədli" metro stansiyası yaxınlığında olan filialında qeydə alınıb.

Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin iki yanğınsöndürən texnikası cəlb olunub.

FHN-dən bildirilib ki, nazirliyin 112 qaynar xəttinə Xətai rayonu, Əhmədli qəsəbəsində yanğın baş verməsi ilə bağlı məlumat daxil olub:

"Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və əməkdaşları cəlb olunub. Əlavə məlumat veriləcək".