Sumqayıtda martın 1-də peyda olan quyunun hansı məqsədlə qazıldığı bəlli oldu

Sumqayıt şəhəri, Kamran Hüseynov küçəsində yol kənarında martın 1-də qazılan quyuda iş görülməməsi sakinlərin narazılığına səbəb olub.
Bu barədə onlar şikayət ünvanlayıblar. Bildiriblər ki, qazıntının nə məqsədlə aparıldığı məlum deyil, ərazidə işlərin davam etdirilməsi istiqamətində hər hansı bir tədbir görülmür.
Məsələ ilə bağlı sorğuya cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, hazırda "Abşeron yarımadasının su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin Baş planı"na əsasən, Sumqayıt şəhərinin və ətraf qəsəbələrin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinə uyğun olaraq kanalizasiya kollektor və xətlərinin inşası işləri həyata keçirilir:
"Bu işlər çərçivəsində qazıntılar aparılan ərazilərdə müvafiq standartlara uyğun olaraq təhlükəsizlik sərhədləri və nişanları yerləşdirilib".
Oxşar Xəbərlər:


