Pressa.az » Ölkə » Metrodan istifadə edənlər üçün sevindirici xəbər - Bu tarixdə...

Metrodan istifadə edənlər üçün sevindirici xəbər - Bu tarixdə...

07 aprel 2025, Bazar ertəsi, 13:49
Metrodan istifadə edənlər üçün sevindirici xəbər - Bu tarixdə...

Bu gündən etibarən Bakı Metropolitenində mühüm yeniliklərə start verilib.

Artıq Qırmızı və Yaşıl xətlərin ayrılması prosesi rəsmən başlayıb. Layihənin əsas məqsədi hər xəttin müstəqil şəkildə idarə olunmasını təmin etməklə sərnişindaşıma keyfiyyətini və idarəetmənin səmərəliliyini artırmaqdır. 

Liderxeber.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. 

Bildirilir ki, bu məqsədlə, "Cəfər Cabbarlı" və "Nizami" stansiyaları arasında təxminən 200 metrlik yeni tunelin inşası planlaşdırılıb. Həmin tunel vasitəsilə iki xətt arasında texniki əlaqə təmin olunacaq:

"Layihənin əsas mərhələlərindən biri "Dərnəgül" ərazisində yeni elektrik deposunun inşasıdır. Bütün beynəlxalq standartlara cavab verəcək bu depo Yaşıl xəttin tam müstəqil fəaliyyəti üçün əsas baza rolunu oynayacaq.

Eyni zamanda, "İçərişəhər" və "Xətai" stansiyalarında qatarların dönüşü üçün texniki imkanlar yaradılacaq. Bu dəyişikliklər nəticəsində hərəkət qrafiki daha optimal şəkildə tənzimlənəcək, intervallar azalacaq və sərnişinlərin gözləmə müddəti minimuma enəcək. Belə ki, Qırmızı xətdə qatarların intervalları 2 dəqiqəyə, Yaşıl xətdə isə 2 dəqiqə 30 saniyəyə endiriləcək.

Layihənin 2027-ci ilin əvvəlində yekunlaşdırılması planlaşdırılır. "Dərnəgül" elektrik deposunun tikintisinin isə həmin ilin sonunda tamamlanacağı gözlənilir."

Qeyd edək ki, bu yeniliklər Bakı metrosunun daha müasir və səmərəli nəqliyyat sisteminə çevrilməsinə doğru atılmış əhəmiyyətli addım hesab olunur.