Pressa.az » Ölkə » Restoran və şadlıq saraylarının sahiblərinə xəbərdarlıq

Restoran və şadlıq saraylarının sahiblərinə xəbərdarlıq

08 aprel 2025, Çərşənbə axşamı, 11:18
Restoran və şadlıq saraylarının sahiblərinə xəbərdarlıq

Ölkə ərazisində fəaliyyət göstərən restoran və ictimai-iaşə obyektlərindən havaya atılan tullantıların mövcud normativlərə uyğunluğunu müəyyən etmək məqsədilə növbəti monitorinqlərə başlanılır. 

Bu barədə Liderxeber.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova məlumat verib. 

Onun sözlərinə görə, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən 14 aprel tarixindən iaşə obyektləri və restoranların ətrafında ölçmə işləri aparılacaq:

“Havaya normadan artıq tullantı atan obyektlər barəsində qanunamüvafiq tədbirlər görüləcək. Restoran və şadlıq saraylarının sahiblərini əvvəlcədən xəbərdar edirik ki, obyektlərindəki təmizləyici qurğuların texniki çatışmazlıqlarını aradan qaldırsınlar, qurğuların filtrlərini yeniləsinlər”.