Pressa.az » Ölkə » Lökbatanda palçıq vulkanı PÜSKÜRÜB

Lökbatanda palçıq vulkanı PÜSKÜRÜB

09 aprel 2025, Çərşənbə, 13:31
Lökbatanda palçıq vulkanı PÜSKÜRÜB

Lökbatan palçıq vulkanında püskürmə qeydə alınıb.

Liderxeber.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Mərkəzin palçıq vulkanlarının seysmik monitorinq şəbəkəsi tərəfindən 9 aprel 2025-ci il tarixində, yerli vaxtla saat 4:04-də Lökbatan palçıq vulkanının növbəti püskürməsini qeydə alıb.

Qeyd edilib ki, püskürmə ayrı-ayrı vaxtlarda üç fazada qeydə alınıb. Birinci faza yerli vaxtla 4:04-də, ikinci faza saat 5:20-də, üçüncü faza saat 5:31-də olub.

Püskürmənin davamlılığı üç dəqiqə, dərinliyi 4 km qeydə alınıb.