Bakıda iki metro stansiyasını birləşdirəcək tunel tikintisində obyektlər söküləcək?

"Bakı Metropoliteni" QSC-nin "qırmızı" və "yaşıl" xətlərin ayrılması çərçivəsində bu il "Cəfər Cabbarlı" və "Nizami" stansiyaları arasında təxminən 200 metrlik tunel tikiləcək.
Maraqlı suallardan biri odur ki, sözügedən tunel tikilərkən hansısa tikilinin plana düşməsi, sökülməsi, yerinin dəyişdirilməsi nəzərdə tutulubmu?
"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov sorğuya cavab olaraq bu fikirləri səsləndirib:
"Qeyd edilən tunelin tikilməsi üçün plana düşən, sökülməsi nəzərdə tutulan bir obyekt, tikili və ya qurğu yoxdur".
Xatırladaq ki, "Cəfər Cabbarlı" - "Nizami" mənzilini birləşdirəcək 200 metrə yaxın tunelin inşasına ilin son rübündə başlanılması nəzərdə tutulub.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

11 aprel 2025, Cümə
"Nizami" metrosu "yaşıl" xətt üzrə son dayanacaq olacaq, ekspres avtobuslar işləyəcək - Rəsmi

23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO