Pressa.az » Ölkə » DYP-dən hərəkət iştirakçılarına müraciət

DYP-dən hərəkət iştirakçılarına müraciət

16 aprel 2025, Çərşənbə, 12:08
DYP-dən hərəkət iştirakçılarına müraciət

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə avtomobil yollarının yaxınlığında yerləşən məktəb ətraflarında, eləcə də piyadaların müntəzəm hərəkət etdiyi ərazilərdə və nizamlanmamış keçidlərdə Dövlət Yol Polisi əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirilir.

Liderxeber.az xəbər verir ki, bu barədə Baş DYP İdarəsi məlumat yayıb.

Bildirilib ki, əsas məqsəd azyaşlıların və digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması və yol-nəqliyyat hadisələrinin qarşısının alınmasıdır: “Bu çərçivədə hərəkət iştirakçılarından – valideynlər, sürücülər və piyadalardan mövcud hava şəraitini nəzərə alaraq daha diqqətli olmaları və müəyyən olunmuş qaydalara riayət etmələri xahiş olunur. Qeyd olunan ərazilərdə təhlükəsizlik tədbirlərinə əməl olunması hər bir şəxsin həyat və sağlamlığının qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir”.