Bağırov körpüsündə hərəkət bərpa edildi

Nərimanov rayonu ərazisində - Heydər Əliyev prospektinin Bağırov körpüsü adlanan ərazidən keçən hissəsində keçidə dolmuş su tamamilə çəkilib.
Liderxeber.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu məlumat verib.
O, toplanmış yağış sularının keçiddən kənarlaşdırıldığını və yolda hərəkətin bərpa edildiyini bildirib.
***
FHN-dən bildirilib ki, nazirliyin qüvvələri tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, "Bağırov" körpüsü ərazisində tuneldə aparılan suçəkmə əməliyyatı başa çatdırılıb. Digər ərazilərdə həyata keçirilən müvafiq zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

22 oktyabr 2024, Çərşənbə axşamı
Bakıda yağıntının fəsadları: Drenaj sistemlər sovet dövründən qalıb, bəzilərinin istismar müddəti bitib - RƏSMİ