Pressa.az » Ölkə » Yuxarı Gövhər Ağa məscidinin yenidənqurma və bərpa işlərindən sonra açılışı olub

Yuxarı Gövhər Ağa məscidinin yenidənqurma və bərpa işlərindən sonra açılışı olub

10 may 2023, Çərşənbə, 13:40
Yuxarı Gövhər Ağa məscidinin yenidənqurma və bərpa işlərindən sonra açılışı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da Şuşa şəhərində Yuxarı Gövhər Ağa məscidinin yenidənqurma və bərpa işlərindən sonra açılışında, həmçinin məscidin ərazisində yerləşən mədrəsə binasında “Mir Möhsün Nəvvab Qarabaği – XIX əsrin ensiklopedik alimi” sərgisinin açılışında iştirak ediblər.

Liderxəbər xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.