Əkinçilik ET İnstitunda ''Yanğından mühafizə'' mövzusunda təlim keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda Aqrar Sənaye İşçiləri Həmkarlar İttifaqı Komitəsi Əməyin Təhlükəsizliyi üzrə müfəttiş Ramiz Hacıyev “Yanğından mühafizə“ mövzusunda institutun əməkdaşlarına təqdimat əsasında təlim keçib.
Liderxeber.az xəbər verir ki, R. Hacıyev təlim çərçivəsində yanğının nəticələri, yanğın təhlükəsizliyi, yanğının səbəbləri, yanğın nədir, yanğın üçbucağı, yanğının yayılma metodu, yanğının təsnifatı, yanğın söndürənlər, yanğın söndürmə vasitələri, yanğın söndürən top, yanğın söndürəndən istifadənin təhlükəsizliyi, yanğın işarələri, yanğın həyəcan sistemləri, təxliyyə planı, təxliyyə işarələri, binadan təxliyyə vasitələri, binanı tərk edə bilməzsəniz və s. məsələlərə aydınlıq gətirib.
Sonda səsləndirilən suallar ətraflı şəkildə cavablandırılıb.
Oxşar Xəbərlər:


