Azərbaycan Dünya Badminton Federasiyasının ali orqanında təmsil olunacaq

Bu gün Çinin Siamen şəhərində Dünya Badminton Federasiyasının (the Badminton World Federation – BWF ) 86-cı illik ümumi yığıncağı keçirilib.
Liderxeber.az xəbər verir ki, 143 ölkədən nümayəndə heyətinin qatıldığı iclasda Azərbaycan Badminton Federasiyasının nümayəndə heyəti də dəvət olunub.
Tədbirdə 2025-2029-cu illər üçün BWF prezidenti və ali idarəedici orqanı sayılan Şuraya və eyni zamanda İcraiyyə Komitəsinə seçkilər keçirilib. Azərbaycan Badminton Federasiyasının Prezidenti Taleh Ziyadov 4 il müddətinə Avropa qitəsindən Şuraya üzv seçilib.


Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

24 dekabr 2024, Çərşənbə axşamı
Bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin doğum günüdür