Pressa.az » Ölkə » Zaqatalada 80 yaşlı kişi meşədə itkin düşdü

Zaqatalada 80 yaşlı kişi meşədə itkin düşdü

25 noyabr 2026, Çərşənbə, 16:58
Zaqatalada 80 yaşlı kişi meşədə itkin düşdü

Zaqatala rayonunun Kebeloba kəndində meşəlik ərazidə 1 nəfər itkin düşüb.

Liderxeber.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Bildirilib ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri 1946-cı il təvəllüdlü Xəlil Mustafa oğlu Mustafayevin axtarışlarına cəlb olunub.

Əməliyyata Xidmətin xüsusi təlim görmüş itləri də cəlb edilib.

Hazırda vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarışlar davam etdirilir.