Xocalıya növbəti köç

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan Xocalı şəhərinə yola salınıb.
Liderxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu mərhələdə Xocalı şəhərinə 33 ailə - 138 nəfər köçürülüb.
Qeyd edək ki, 28 apreldəki köç də nəzərə alınmaqla Xocalı şəhərinə cəmi 85 ailə (342 nəfər) köçürülmüşdür.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

21 aprel 2025, Bazar ertəsi
Sarıcalı və Ballıcaya köç edən sakinlərə mənzillərinin açarları təqdim edilib