Pressa.az » Ölkə » Zabratda obyekt yanır - Yenilənir

Zabratda obyekt yanır - Yenilənir

29 aprel 2025, Çərşənbə axşamı, 17:36
Zabratda obyekt yanır - Yenilənir

Sabunçu rayonu Zabrat qəsəbəsində obyekt yanır.

Liderxeber.az xəbər verir ki, Zabratın mərkəzi küçəsində ikimərtəbəli tikilinin birinci mərtəbəsində sex kimi fəaliyyət göstərən obyektdə açıq alovla müşahidə edilən yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində avtomobil təmiri sexində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. 

***

FHN-dən qeyd edilib ki, yanğın qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə məhdudlaşdırılıb.

Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. 

Əlavə məlumat veriləcək.