Pressa.az » Ölkə » Bu ərazilərə yağış yağıb bu-erazilere-yagis-yagib

Bu ərazilərə yağış yağıb bu-erazilere-yagis-yagib

30 aprel 2025, Çərşənbə, 11:33
Bu ərazilərə yağış yağıb bu-erazilere-yagis-yagib

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Liderxeber.az-a verilən məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edib.

Düşən yağıntının miqdarı Lənkəran, Lerikdə 7, Göygöl, Astara, Daşkəsən, eyni zamanda Bakıda və Abşeron yarımadasında 5, Gədəbəy, Şahbuz, Şəki, Yardımlı, Qax, Oğuz, Qəbələ, Qobustan, Altıağac, Xaltan, Göyçay, Ağdam, İmişli, Sabirabad, Neftçala, Zaqatala, İsmayıllı, Balakən, Culfa, Biləsuvar, Cəlilabad, Ordubad, Tovuz, Ağstafa və Naxçıvanda 3 mm-dək olub.

Qax, Şəki, Qusar, Daşkəsən, Göygöl, Şamaxı, Qrız, Göyçay, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 500 m-dək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında, o cümlədən Aran rayonlarında 9, Naxçıvan MR-da 8, dağlıq rayonlarda 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 3 dərəcəyədək şaxta qeydə alınıb.