Pressa.az » Ölkə » Hava proqnozu: Bakı və Abşeron yarımadasına yağış, dağlıq ərazilərə qar yağacaq

Hava proqnozu: Bakı və Abşeron yarımadasına yağış, dağlıq ərazilərə qar yağacaq

29 noyabr 2026, Bazar günü, 15:47
Hava proqnozu: Bakı və Abşeron yarımadasına yağış, dağlıq ərazilərə qar yağacaq

Bakıda və Abşeron yarımadasının bəzi yerlərinə noyabrın 30-da arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Liderxeber.az-a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.

Mülayim şimal-qərb küləyi axşam bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 8-10° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq, qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8° isti, gündüz 9-12° isti, dağlarda gecə 2-5° şaxta, gündüz 0-2° şaxta olacaq.

Oxşar Xəbərlər:

Bazar günü hava necə olacaq?
27 dekabr 2025, Şənbə
Bazar günü hava necə olacaq?
Bayram günləri hava necə olacaq?
26 may 2026, Çərşənbə axşamı
Bayram günləri hava necə olacaq?
Bayram günlərinin havası
30 dekabr 2025, Çərşənbə axşamı
Bayram günlərinin havası
Bayram günlərində bölgələrdə qar yağacaq
19 mart 2024, Çərşənbə axşamı
Bayram günlərində bölgələrdə qar yağacaq
Yanvar ayına olan hava proqnozu açıqlanıb
29 dekabr 2024, Bazar günü
Yanvar ayına olan hava proqnozu açıqlanıb