Tanınmış rusiyalı uşaq nevroloqu Bakıda pasiyent qəbulu keçirəcək

Son illərdə uşaqlar arasında nevroloji pozuntu halları artıb. Mütəxəssislər bu artımı müxtəlif səbəblərlə – genetik meyillilik, doğuş öncəsi və sonrası travmalar, infeksion xəstəliklər, perinatal hipoksiyalar (körpənin ana bətnində və ya doğuş zamanı oksigensiz qalması), metabolik pozuntular və ətraf mühitin təsiri ilə əlaqələndirirlər.
Uşaqlarda nevroloji pozuntular müxtəlif formalarda özünü göstərə bilər. Ən çox rast gəlinən hallara nitq inkişafında gecikmə, hərəkət bacarıqlarının zəif inkişafı, koordinasiya pozğunluğu, əzələ tonusunun normadan aşağı və ya yüksək olması, yuxu pozuntuları, tez-tez baş verən baş ağrıları və başgicəllənmələr aiddir. Eyni zamanda, qıcolmalar, epilepsiya tutmaları, tiklər, autizm spektr pozuntuları, diqqət çatışmazlığı və hiperaktivlik sindromu (DÇHS), davranış və emosional tənzimləmə çətinlikləri də uşaq nevroloji xəstəlikləri sırasındadır.
Uşaq nevroloqları xəbərdarlıq edirlər ki, bu cür simptomların vaxtında aşkarlanması və peşəkar yanaşma ilə müayinədən keçməsi gələcəkdə uşağın sağlam inkişafı üçün mühüm rol oynayır.
Valideynlərin bu sahədə artan ehtiyaclarını nəzərə alaraq, Rusiyanın Sankt-Peterburq şəhərindən dəvətli tanınmış uşaq nevroloqu, tibb elmləri namizədi Dr. Yuliya Qayduk 2 mayda Bakıda – “Referans” Poliklinikanın Nəsimi filialında pasiyent qəbulu keçirəcək.
Dr. Yuliya Qayduk uşaq nevrologiyası sahəsində uzunillik təcrübəyə malik olmaqla yanaşı, nevroloji inkişaf pozuntularının erkən mərhələdə aşkarlanması və fərdi müalicə proqramlarının hazırlanması üzrə ixtisaslaşmış mütəxəssisdir.
Qəbul öncədən qeydiyyat əsasında aparılır.
Qeydiyyat və əlavə məlumat üçün: https://www.instagram.com/referanspoliklinika/
Ünvan: Nəsimi rayonu, M.Mirqasımov küçəsi 25A (Referans Poliklinika, Nəsimi filialı)