Pressa.az » Ölkə » Azərbaycan II Liqasında rekord göstərici qeydə alınıb

Azərbaycan II Liqasında rekord göstərici qeydə alınıb

05 may 2025, Bazar ertəsi, 10:01
Azərbaycan II Liqasında rekord göstərici qeydə alınıb

Azərbaycanın II Liqasında baş tutan "Şəfa" - "Şahdağ Qusar" matçını 4 500 azarkeş stadiondan izləyib.

Liderxeber.az xəbər verir ki, biletlərin qiyməti 10 manat təşkil etsə də, stadionda 4 500 azarkeş görüşü tribunadan izləyib. Bu isə, Azərbaycan II Liqasında rekord göstəricidir.

Qeyd edək ki, qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.