Pressa.az » Ölkə » Moskvadan Bakıya uçmalı olan təyyarə bir sutkadır aeroportdan qalxa bilmir

Moskvadan Bakıya uçmalı olan təyyarə bir sutkadır aeroportdan qalxa bilmir

08 may 2025, Cümə axşamı, 09:19
Moskvadan Bakıya uçmalı olan təyyarə bir sutkadır aeroportdan qalxa bilmir

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin Rusiyanın Moskva şəhərindən Bakıya planlaşdırılan reysi gecikir.

Liderxeber.az"Shot" "Telegram" kanalına istinadən xəbər verir ki, uçuş vaxtları təxirə salındığı üçün sərnişinlər "Vnukovo" hava limanında bir sutkaya yaxındır gözləyirlər.

Qeyd olunub ki, gün ərzində təyyarənin reysi altı dəfə təxirə salınıb.

Məsələ ilə bağlı "Azərbaycan Hava Yolları"nın (AZAL) Mətbuat Xidmətindən  sorğuya cavab olaraq bildirildi ki, yaranan vəziyyətə səbəb Moskvanın hava məkanının bağlı olmasıdır.