Pressa.az » Ölkə » Göyçayda avtomobil aşıb, yaralanan var

Göyçayda avtomobil aşıb, yaralanan var

16 may 2023, Çərşənbə axşamı, 08:23
Göyçayda avtomobil aşıb, yaralanan var

Göyçay rayonunda 23 yaşlı gənc oğlan yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

LiderXəbər-in məlumatına görə, 2000-ci il təvəllüdlü Səfərov Röyal Eynulla oğlu idarə etdiyi avtomobili aşırıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib və reanimasiya şöbəsinə yerləşdirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.