Pressa.az » Ölkə » Xankəndidə daha bir məktəb açılacaq

Xankəndidə daha bir məktəb açılacaq

13 may 2025, Çərşənbə axşamı, 12:37
Xankəndidə daha bir məktəb açılacaq

“Biz Xankəndidə artıq ikinci məktəbin açılışını planlayırıq”.

Liderxeber.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində deyib.

Nazir bildirib ki, işğaldan azad edilmiş ərazilərdə 20 təhsil müəssisəsi fəaliyyət göstərir: “2300 şagird, 200-ə yaxın azyaşlı uşaq bağçaya gedir. Məktəblərin tikinti prosesi də davam edir. Xankəndidə açdığımız 4 nömrəli məktəb isə dolub. 2026-cı ildə yeni təhsil müəssisələrinin açılışını planlaşdırırıq”.