Pressa.az » Ölkə » Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirildi - Foto

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirildi - Foto

15 may 2025, Cümə axşamı, 11:40
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirildi - Foto

Ötən gün Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Liderxeber.az xəbər verir ki, iclasda hakim vəzifəsinə namizədlərin seçim prosesinin müasir tələblərə uyğun təkmilləşdirilməsi məqsədilə hazırlanan layihə ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın yenidən işlənilmiş layihəsi müzakirə edilib. Daha sonra Hakimlərin Seçki Komitəsinə yeni üzv seçilməsi məsələsinə baxılıb.

İclasda, həmçinin görülmüş işlər, qarşıda duran vəzifələr diqqətə çatdırılıb, məhkəmə fəaliyyətinə dair məruzələr dinlənilib, intizam icraatı üzrə işlərə və kadr məsələlərinə baxılaraq müvafiq qərarlar qəbul edilib.

Sonda təqaüdə yola salınan hakimlər uzun illər məhkəmə sistemində öz fəaliyyəti ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfə verdiklərinə görə Fəxri Fərmanla təltif ediliblər.