Bakı metrosunda son 16 ildə ilk - İnterval azaldıldı

Bakı metropolitenində son 16 ildə ilk dəfə interval azaldılıb.
Liderxeber.az xəbər verir ki, qatar cütlərinin sayı 30-dan 32-yə yüksəldilərək, yeni, daha sıx hərəkət cədvəli tətbiq edilib.
Bu dəyişiklik nəticəsində pik saatlarda qatarlararası interval 1 dəqiqə 52 saniyəyə qədər azaldılıb.
Gündəlik səhər və axşam pik saatlarda (cəmi 3 saat ərzində) stansiyalardan əlavə 4 qatarın keçməsi sayəsində 19 min əlavə sərnişin daşınması imkanı yaranıb. Bu isə illik hesabla təxminən 5 milyon sərnişin artımı deməkdir.
Yeni hərəkət qrafikinin hazırlanması çərçivəsində:
- Qatarların hərəkətinin təşkilində istifadə edilən köhnə, kağız əsaslı qrafikdən imtina olunaraq yeni rəqəmsal proqram təminatı istifadəyə verilib;
- İşarəvermə və idarəetmə sistemləri təkmilləşdirilib, stansiyalara giriş-çıxış və dayanma rejimləri optimallaşdırılıb;
- Maşinist heyətinə təlimlər keçirilib, stansiyalarda əlavə nəzarət tədbirləri görülüb.
Qeyd edək ki, metropoliten xətlərində qatar sayında sonuncu artım 2009-cu ildə olub və o vaxtdan sistem maksimal 30 cüt qatar/saat prinsipi ilə fəaliyyət göstərib.
Oxşar Xəbərlər:

