Pressa.az » Ölkə » Məleykə Abbaszadədən abituriyentlərə - Xəbərdarlıq

Məleykə Abbaszadədən abituriyentlərə - Xəbərdarlıq

23 may 2025, Cümə, 11:36
Məleykə Abbaszadədən abituriyentlərə - Xəbərdarlıq

“2025-ci ildə buraxılış imtahanlarında iştirak edən orta statistik 11-ci sinif şagirdinin balı 132.33, 2024-cü ildə isə 132.09 olub. Bu mərhələdə toplanıla biləcək maksimal bal 300-dür”.

Liderxeber.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.

DİM sədri, həmçinin gələcək imtahan iştirakçılarına davranış qaydalarına xüsusi diqqət yetirmələri ilə bağlı çağırış edib: “Bir daha imtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, qayda pozuntularına yol verən şəxslərin bütün nəticələri ləğv olunur və onlar ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək şanslarını itirirlər. Yəni qayda pozuntusuna yol verənlər qəbul imtahanlarının ikinci cəhdinə də buraxılmırlar, həmçinin onlar birinci mərhələnin (buraxılış imtahanının) nəticəsinə əsasən V ixtisas qrupunun müsabiqəsində iştirak hüququnu itirirlər”.