“Bakı yox, ya Gəncə, ya da başqa şəhər...” - Simonyan
“Ermənistan Konstitusiyasının layihəsi ictimai müzakirəyə məhz insanların təkliflərini təqdim edə bilməsi və bu təkliflərin müzakirə olunması üçün çıxarılıb”.
Liderxeber.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan bildirib.
Simonyan Azərbaycana planlaşdırılan səfəri haqqında da danışıb.
“Bəli, səfər dekabrın əvvəlində baş tutacaq, lakin Bakıya olmayacaq. Ehtimal edirəm ki, ya Gəncə, ya da hər hansı başqa bir şəhər olacaq, amma Bakı yox”, - o deyib.
Xatırladaq ki, daha əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın dekabrda Azərbaycana səfər etməyi planlaşdırdığını açıqlamışdı.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
12 may 2025, Bazar ertəsi
Vaşinqtonda ilk azərbaycanlı xüsusi təyinatlı polis: "Ən yüksək pilləyə qədər getmək istəyirəm"
11 fevral 2025, Çərşənbə axşamı
"Yaxşı dizayner sənəti ilə bağlı tənqidləri qəbul edərək özünü təkmilləşdirməlidir" - Elxan Poluxovun qızı ilə müsahibə - FOTO
