Pressa.az » Ölkə » Bakının mərkəzində ağır qəza - Piyada öldü

Bakının mərkəzində ağır qəza - Piyada öldü

26 may 2025, Bazar ertəsi, 09:22
Bakının mərkəzində ağır qəza - Piyada öldü

Paytaxtın Nərimanov rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Liderxeber.az xəbər verir ki, Həsən Əliyev küçəsi 81 saylı ünvanın qarşısında 1982-ci il təvəllüdlü Andrey Burlakov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə yolu keçən piyada 1967-ci il təvəllüdlü Mirzəliyev Asif Alməmməd oğlunu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaqı aparılır.