Pəncəlinin qardaşına vəzifə verildi
Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun qardaşı Famil Nurməmməd oğlu Teymurov Lənkəran Uşaq-Gənclər İnkişaf Mərkəzində metodist vəzifəsinə təyin edilib.
Liderxeber.az xəbər verir ki, eyni zamanda, mərkəzin direktoru vəzifəsinin müvəqqəti icrası ona həvalə olunub.
Qeyd edək ki, Famil Teymurov 2012-ci ildən şəhid Bəxtiyar Rüstəmov adına Asxanakəran kənd tam orta ümumtəhsil məktəbində əvvəlcə müəllim, daha sonra isə tədris işləri üzrə direktor müavini vəzifələrində çalışıb.
O, pedaqoji fəaliyyəti ilə yanaşı, idman sahəsində də uğurlar qazanıb, 2017-2018-ci illərdə sərbəst güləş üzrə I dərəcəli beynəlxalq idman ustası adına layiq görülüb. Bundan əlavə, beş il müddətində Asxanakəran kənd bələdiyyəsinin sədri vəzifəsində çalışıb.
Oxşar Xəbərlər:
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
24 iyun 2024, Bazar ertəsi
Bir sıra dövlət qulluqçuları orden, medal və fəxri adlarla təltif olunurlar - Siyahı
