Bu yolda hərəkət məhdudlaşdırılır
20 may saat 08:00-dan saat 22:00-dək Bakı şəhəri Azadlıq prospektinin yan yolunda (Ziya Bünyadov prospektindən Nəcəf Nərimanov küçəsinədək) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
LiderXəbər xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
“Sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur”, - məlumatda deyilir.
Oxşar Xəbərlər:
17 aprel 2023, Bazar ertəsi
"Formula 1"-in keçiriləcəyi yollar aprelin 24-dən bağlanacaq, hərəkət mayın 2-dən bərpa olunacaq